Kilsə qadınlara bu hüququ verdi - İki min illik xristian tarixində BİR İLK
Vatikanda katolik kilsəsinin hər il təşkil etdiyi gizli konfransda ilk dəfə olaraq rahibələr və digər qadınlar da iştirak edib.
Sfera.az xəbər verir ki, Vatikan katolik kilsəsinin mərkəzi hesab edilir. Burada kilsə ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu gizli konfransda qadınların iştirakına icazə verilmirdi. Toplantıya yalnız katolik kilsəsinin aparıcı kişi nümayəndələri qatılırdı. Bu il ilk dəfə olaraq qadınlara belə bir imkan yaradılıb.
Bununla da qadınlar 2000 illik xristian tarixində ilk dəfə olaraq iştirakçılıq və səsvermə haqqına sahib olublar. Papa Fransiskin sədrliyi ilə keçirilən konfransda homoseksuallıq, boşanma və qadınların rolu kimi mübahisəli mövzular müzakirə edilib.
Xatırladaq ki, katolik qadın təşkilatları Vatikanda qadınlara kişilərlə eyni imkanın yaradılması üçün uzun müddət kampaniya aparırdılar.
Vasif