Evdən qaçan tısbağa 3,5 ilə 8 kilometr süründü - FOTO

Evdən qaçan tısbağa 3,5 ilə 8 kilometr süründü - FOTO

ABŞ-da Florida ştatında şerif müavinləri sahibsiz Afrika tısbağasını tutublar.
 

Sfera.az bildirir ki, tısbağanı heyvan sığınacağına aparan polislər onun 3 il yarım əvvəl evdən qaçdığını öyrəniblər.
 

Bu müddət ərzində o, təxminən səkkiz kilometr sürünüb.
 

"Bu, şübhəsiz ki, kiminsə tısbağasıdır, çünki o, insanları sevir və başınıb sığallanmasını sevir”.


Heyvanlar üçün sığınacaq işçiləri də sosial mediada tısbağa haqqında məlumat yerləşdiriblər. Tezliklə 2020-ci ilin aprelində eyni ərazidə axtarılan tısbağa haqqında məlumatlar əldə edilib.
 

“O, 3,5 il idi ki, itkin düşmüşdü və qaçışından 5 mil (təxminən 8 kilometr) aralıda tapılıb”-sığınacaqdan bildiriblər.
 

Tısbağan çaşqınlıq içərisində olan sahiblərinə verilib.
 

Qeyd edək ki, tapılan tısbağa Afrika quru tısbağalarının ən böyüyü, fil və nəhəng tısbağalardan sonra dünyada üçüncü ən böyük tısbağadır. Bu növün sürünənləri yay istisindən və soyuq qış gecələrindən boş torpağa girərək qaçır, lakin qış yuxusuna getmirlər.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR