BMT Fələstinə görə xüsusi sessiya çağırdı – Hansı qərarlar verilə bilər?

BMT Fələstinə görə xüsusi sessiya çağırdı – Hansı qərarlar verilə bilər?

Oktyabrın 26-da BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyası toplanacaq. Bunu təşkilatın Baş Assambleyasının 78-ci sessiyası prezidentinin rəsmi nümayəndəsi Monika Qreyli deyib.

 

Maraqlıdır, sessiyadan müharibənin gedişatına təsir edə biləcək mühüm qərarlar gözləmək olarmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Assambleyanın qəbul edəcəyi qərarın icra mexanizminin olmayacağını deyib. N.Mirinin sözlərinə görə, BMT-yə üzv olan 5 dövlətdən birinin veto qoymaq hüququ əksər problemlərin həll edilməmə səbəbidir:

 

"Çox təəssüf ki, Həmas və İsrail arasında başlayan bu müharibəni dayandırmaq üçün BMT-nin Təhlükəsizlik Şurasında ard-arda 2 dəfə qərar qəbul etmək mümkün olmadı. Ona görə ki, BMT-nin daimi üzvlərindən olan ABŞ bu qətnamə layihəsinə veto qoydu. Bu fakt onu göstərir ki, BMT artıq heç bir problemi həll edə bilmir. Dünyanın taleyini 5 dövlətin barmaq işarəsinə bağlamaq yanlış qərardır. Bu əslində dünya səviyyəsinə hüquq bərabərliyini pozan məsələdir. Dövlətin kiçikliyi-böyüklüyü, onun iqtisadi imkanlarının böyüklüyü bu məsələdə əsas götürülə bilməz. Ancaq təəssüf ki, ən böyük iqtisadiyyata malik olan dövlətlərə veto hüququ tanınıb. Onlar da özlərinin geosiyasi maraqlarına uyğun olmayan ədalətli qərarı belə, çox asanlıqla veto edib aradan qaldıra bilirlər.

 

İstənilən işğalçı dövlət həmin 5 dövlətdən birini arxasına alarsa, işğal əməliyyatını çox asanlıqla həyata keçirə və cəzasız qala bilər. Ortada onlarla belə dəlil var. Ona görə zərurət yaranıb ki, məsələyə BMT-nin Baş Assambleyasında baxılsın. Çünki burada veto qoymaq məsələsi yoxdur, səs çoxluğu qaydası var. Lakin Baş Assambleyanın çıxardığı qərarlar da tövsiyə xarakterlidir, onların məcburiyyət yönü yoxdur. Sadəcə olaraq, hüquqi zəmin yaranır ki, dünya ölkələrinin birgə münasibəti ortaya qoyulsun. Məcburiyyət olmadığı üçün də bu qərarların icra mexanizmi yoxdur. İcra mexanizmi Təhlükəsizlik Şurasında veto qoyulmazsa, bu yöndə ortaq maraqlar olursa, o zaman yaranır. Ən azından bunu Yuqoslaviyada gördük. Yəni icra mexanizmi ilə NATO bir güc olaraq Yuqoslaviyaya müdaxilə etmişdi. Lakin Həmas-İsrail müharibəsində bunu həyata keçirmək mümkün olmayacaq".

 

Ekspert Türkiyə və Çin kimi dövlətlərin vasitəçiliyi ilə atəşkəsin əldə edilə biləcəyini deyib:

 

"Hər halda düşünürəm ki, BMT Baş Assambleyasında uyğun bir qərar qəbul olunarsa, bu prosesi sülhə bağlamaq, gələcək perspektivdə paytaxtı Şərqi Qüds olmaqla iki dövlətli planın həyata keçirilməsi mümkün ola bilər. Çünki bu cür hüquqi zəminlərə həqiqətən ehtiyac var. İsraili müdafiə edən qlobal güclərin müdaxiləsinə görə indiyədək hüquqi zəminlər çərçivəsində problemləri həll etmək mümkün olmayıb. Lakin indi Türkiyə, Çin kimi böyük dövlətlər belə bir sülhün əldə olunmasına çalışırlar. Beləliklə, ərəb dövlətlərini bir araya toplamaq mümkün olarsa, yaxın zamanlarda atəşkəs əldə edilər. Ona görə Assambleyanın verəcəyi qərarın gedişatda müsbət rol oynaya bilmə ehtimalı var".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...