Beş gün ərzində minlərlə insanın həyatına son qoyan qorxulu duman - FOTOLAR

Beş gün ərzində minlərlə insanın həyatına son qoyan qorxulu duman - FOTOLAR

London 1952-ci il dekabrın 5-də günə başlayanda həftənin son iş günü, açıq səma və küləksiz hava var idi. Hər şey birdən-birə dəyişib…
 

Sfera.az Londonda 5 gün ərzində minlərlə insanın ölümünə səbəb olan bu qorxulu təbiət hadisəsi haqqında yazı təqdim edir.
 

O il şəhərdə qış kifayət qədər sərt keçmişdi. Buna görə də səma açıq olsa da, evlərin bacalarından tüstü çıxmağa davam edir və fabriklərdən çıxan tüstü ilə birləşərək atmosferə itilirdi.
 

Saatlar keçdikcə və günorta yaxınlaşdıqca Londonla işıqlı səma arasına duman qatı gəlməyə başlayıb.


London illərdir hadisələrin dumanlanmasına öyrəşmişdi. Hər kəs havanın çirklənməsinin miqyasından xəbərdar idi. Duman nə qədər sıx olsa da, londonlular üçün yeni xəbər deyildi.


Amma bu dəfə şəhərin üstünə enən duman London üçün zarafatdan qat-qat artıq olub.


Gündəlik həyat davam edərkən şəhərin üzərində antisiklon yaranmışdı. Güclü yüksək təzyiq dalğası şəhəri tamamilə bürüyüb və onun havasını faktiki olaraq sıxışdırıb. Aşağıda sıxışan bu çirkli hava külək əsmədikdə dağıla bilməyib və bütün şəhəri sanki kilsə zəng küpünün altında qalmış kimi tərk edib.
Bu vəziyyətdən xəbərsiz olan londonlular növbələrini tamamlamış və həftəsonunun dadını çıxarmaq üçün evlərinə qayıtmağa başlamışdılar.
 

Qaranlıq çökdükcə hava soyuyub, evlərin bacalarından çıxan tüstü daha da artıb. Bütün günü tüstülənən sobalar nəticəsində şəhəri əhatə edən zəng küpünün altında sıx tüstü yığılıb və yerə çatıb. Göz-gözü görmür, nəqliyyat hərəkət etmirdi. Bir çox insan avtomobillərini yolun ortasında qoyub evlərinə piyada getməli olub.
Duman dağılmaq əvəzinə daha da qalınlaşırdı.


Görünüş 25 santimetrə endirilərkən duman təbəqəsi binalara sızmağa başlayıb. Britaniya Muzeyində çalışan işçilər rəflərdə qaralıq olduğunu müşahidə ediblər. Tamaşaçılar ekranı görə bilmədiyi üçün kinoteatrlarda nümayiş etdirilən filmlər dayandırılıb. Tamaşaçılar nəfəs belə ala bilməyəndə konsertlər təxirə salınıb.
Həftə sonu səhəri oyanan londonlular üçün gündüzü belə görmək çətinləşmişdi.

Şəhər səhər saatlarında da az qala qaranlığa qərq olmuşdu. Gecədən radioda ölüm xəbərləri danışılsa da, küçələrdə hətta təcili yardım maşınları belə hərəkət edə bilmədiyi üçün heç bir səs çıxmayıb. Şənbə gecəsi dumanın ilk 24 saatı keçdikdə, artıq 500-dən çox insan həyatını itirib.
 

Nəfəs almaqda çətinlik çəkən insanlar itmək qorxusundan bayıra belə çıxa bilmirdilər.


Bir çoxları, xüsusilə yaşlılar və tənəffüs çatışmazlığı olan insanlar çarpayılarında ölürdü. Qalanları xəstəxanalara çatmağa çalışırdılar. Tibb bacıları dumanın onların skrablarına sızdığını və paltarlarında qara ləkələr yaratmağa başladığını bildirib.


İnsanlar qazdan zəhərlənərək sözün əsl mənasında boğularaq ölür, minlərlə heyvan da tələf olur.


Qarşısını görməyən quşlar binalara çırpılaraq, ət bazarı üçün yetişdirilən heyvanlar isə boğularaq ölürdü. Daha sonra heyvanların ağciyərlərinin qara rəngdə olduğu müşahidə edilirdi.


Şəhərdə yalnız metro sistemi fəaliyyət göstərdiyi halda, küçələrdə cinayətlərin sayı sürətlə artıb.

Binaların daxili və xarici səthlərində his ləkələri əmələ gəlib. Duman yaşıl və sarının qarışığına çevrilmişdi. İkinci Dünya Müharibəsindən qalan borcları ödəməyə çalışmaq səbəbiylə ölkə daxilində yaşanan iqtisadi çətinliklər səbəbindən şəhərdə yalnız ən ucuz kömürdən istifadə edilməsi havanı daha da öldürücü hala salırdı. Bacalardan çıxan kükürd qazının havadakı rütubətlə birləşməsi nəticəsində 800 tondan çox sulfat turşusu əmələ gələrək şəhərə yayılıb. Bundan əlavə, hər gün şəhərdə 2000 ton karbon qazı və 140 ton xlorid turşusu toplanırdı.


Dekabrın 9-da külək əsməyə başlayıb və sıx dumanı Şimal dənizinə doğru sürükləməyə başlayıb.


4000 nəfərin həyatına son qoyduqdan sonra duman yavaş-yavaş təmizlənirdi. Sonrakı araşdırmalar, o beş gündə ölənlərin sayının 10 mini keçdiyini göstərib.
 

Bir neçə gün sonra yağan yağış qaraya boyanmış şəhəri təmizləsə də, arxada dözülməz bir qoxu da buraxacaqdı.


Yaxın günlərdə ölülərini dəfn etmək istəyənlər tabut və gül belə tapa bilməyiblər.
 

“Killing Smog” hava çirkliliyinin zərərləri haqqında dəhşətli bir xəbərdarlıq idi. Daha sonra bu mövzuda bir çox qaydalar qüvvəyə minib və sıx dumanlar Londona təkrar-təkrar qayıtsa da, eyni nəticənin təkrarlanmaması üçün tədbirlər görülüb.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR