Pornhub və Playboy Mia Khalifadan əldə etdiyi bütün gəliri israillilərə verəcək
HƏMAS-ın İsrailə qarşı hərəkətlərini açıq şəkildə dəstəkləyən Livan əsilli 30 yaşlı Amerika porno ulduzu Mia Khalifa gəlirsiz qalacaq.
Sfera.az bildirir ki, adı çəkilən internet resursları Mia Khalifanın gəlirlərini dondurulub. Porno ulduzun Pornhub və Playboydan qazandıqları İsraili dəstəkləmək üçün yönləndirilib.
Playboy Khalifa ilə əlaqələri HƏMAS-a iyrənc və ayıb olan dəstəyinə görə kəsib. Qeyd edək ki, aktrisa hətta terrorçuları öz vəhşiliklərini lentə almağa təşviq edib. Bundan əlavə jurnal modellə yollarını ayırmaq qərarını açıqlayıb.
"Bu gün sizə Playboy-un Mia Khalifa ilə münasibətini dayandırmaq, o cümlədən Mianın Playboy kanalının yaradıcı platformamızdan çıxarılması qərarı barədə məlumat vermək üçün yazırıq. Mia HƏMAS-ın İsrailə hücumlarını və günahsız insanların qətlini tərifləyən, qadınlar və uşaqlar barədə iyrənc şərhlər verib. “Playboy”da biz ifadə azadlığını və konstruktiv siyasi debatları təşviq edirik, lakin nifrət nitqinə qarşı sıfır dözümlülük siyasətimiz var. Biz Mianın onun sözlərinin hərəkətləri və nəticələrinin olduğunu başa düşməsini gözləyirik"- deyə jurnal qeyd edib.
Mia Khalifa ABŞ-da yaşayır, lakin Beyrutda (Livan) anadan olub.
Bundan əlavə, Khalifa sehrli göbələklərin istehsalı və yayılması ilə məşğul olan “Red Light Holland” şirkətinin məsləhətçisi vəzifəsindən də qovulub.
"Bu, çox dəhşətli bir tvitdir, Mia. Özünü dərhal işdən qovulmuş hesab et. İyrəncdən daha betərsən. Zəhmət olmasa, təkamül et və daha yaxşı insan ol. Ölümə, təcavüzə, döyülməyə və girov götürülməsinə göz yummağın həqiqətən iyrəncdir. Cahilliyini heç bir söz izah edə bilməz" - deyə şirkətin direktoru Todd Şapiro tvit atıb.
Öz növbəsində, Pornhub nümayəndəsinə istinadən 404 resursu porno ulduzun gəlirlərinin dondurulması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını iddia edir.
"MSNBC loqosu və dramatik musiqi ilə redaktə edilmiş bir videoda Khalifanın fotoşəkillərinin üzərinə qoyulmuş qalın mətndə deyilir: "Mia Khalifa Pornhub videolarından gəlirini itirdi. Porno ulduz HƏMAS-a dəstək üçün belə pul ödədi”.
Videoda Pornhub-un İsrailə pul bağışladığı iddia edilir. Buraya Pornhub-un keçmiş baş direktoru Feras Antouna aid edilən saxta sitat da daxildir. Pornhub dünyaya göstərdi ki, yalnız amerikalılar ərəblərdən alıb yəhudilərə verə bilməzlər.
Pornhub sözçüsü “404 Media”ya bu iddiaların yalan olduğunu təsdiqləyib.
“Video və oradakı iddialar açıq-aşkar yalandır”- deyə yazıda qeyd olunub.
Khalifaya gəlincə isə o, ifadələrinə görə üzr istəməyib.
"Mən zülmlə mübarizə aparan bütün insanları dəstəkləyirəm, indi və həmişə, məndən kiçik layihənizə sərmayə qoymağımı istəməzdən əvvəl araşdırma aparın. Mən Livanlıyam, siz mənim müstəmləkəçiliyin tərəfində olmağımı gözləyən dəlisiniz”.
Aysel
Sfera.az