Lukaşenko: “İranın təcrübəsindən istifadə edəcəyik”
Belarus Prezidenti Aleksandr Lukaşenko İrandan nümunə götürəcəklərini bəyan edib.
Sfera.az xəbər verir ki, Lukaşenko İranın Qərbin sanksiyalarına qarşı mübarizə təcrübəsini yüksək qiymətləndirib və Tehrandan nümunə götürmək istədiyini deyib.
O, İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşündə bu barədə söz açıb:
“Dövlətlərimizə edilən təzyiq misilsizdir. Amma siz artıq müəyyən dərəcədə buna müqavimət göstərməyi öyrənmisiniz. Sizin təcrübəniz bizim üçün çox vacibdir”.
Xatırladaq ki, Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində Belarusa qarşı da sanksiyalar tətbiq olunub. Belə ki, Avropa İttifaqı tərəfindən Belarusa odlu silah və döyüş sursatlarının ixracına qadağa qoyulub, Belarus gübrələrinin Aİ-yə tədarükü dayandırılıb.
Son olaraq isə Latviyada Belarus dövlət nömrə nişanlı avtomobillərin qalması qadağan edilmişdi.
Əzizə