Brüsselin mərkəzində terror hadisəsi - Terrorçu videomüraciəti qeydə alındı
Brüsseldə iki nəfərin ölümü ilə nəticələnən atışma olub.
Sfera.az xəbər verir ki, naməlum şəxs iki nəfəri vuraraq hadisə yerindən qaçıb. O, hərəkətlərini “müsəlmanların intiqamı” kimi izah edən videomüraciət yazıb və İŞİD-ə bağlı olduğunu bəyan edib.
Mətbuatda xəbər verildiyi kimi stansiyanın yaxınlığında bir nəfər atəş açıb. İki İsveç vətəndaşı ölüb, təcavüzkar isə hadisə yerindən qaça bilib.
Terrorçunun hər iki qurbanı üzərində İsveç simvollu köynəklər geyinən şəxslər olub. Atışma “Euro-2024” seçmə mərhələsində Belçika - İsveç matçı başlamazdan əvvəl baş verib.
Hadisənin stadiondan təxminən 5 kilometr aralıda baş verdiyi bildirilir. Hadisə yerindən çəkilmiş videoda silahlının narıncı pencək və ağ papaq geyindiyi görünür.
Belçikanın daxili işlər naziri Annelies Verlinden hadisəyə münasibət bildirib. O, "dəhşətli atışma"nın günahkarının axtarıldığını qeyd edib.
“Mən vəziyyəti və görülməli olan tədbirləri Milli Böhran Mərkəzindən izləyirəm”- Daxili İşlər Nazirliyinin rəsmisi bildirib.
Hücumdan sonra qətllərə görə məsuliyyəti öz üzərinə götürən şəxs bir video yayımlayıb.
"Mən Abdeslam Jilaniyəm, müsəlmanların qisasını aldım. İndi üç isveçlini öldürdüm. Din üçün yaşayıram və din üçün öləcəyəm. Mən Allahla xoşbəxt və dinc görüşməyə hazıram" - atəş açan şəxs deyib.
O, İŞİD-ə aid olduğunu vurğulayıb.
Aynil
Sfera.az