Logo

Tikritdə ölənlərin sayı 39 nəfərə çatdı - YENİLƏNİB

Tikritdə ölənlərin sayı 39 nəfərə çatdı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

13:33

İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.

Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan öncə polis partlayış nəticəsində  7 nəfərin öldüyü barədə məlumat yaymışdı.

---------

12:06

İraqın Tikrit şəhərində terrorçu-intiharçı partlayıcı maddə ilə dordurulmuş təcili yardım maşınını partladıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 9 nəfər ölüb.

Daha bir terrorçu-intiharçı İraqın Samarra şəhərində özünü və maşınını partladıb. Partlayış nəticəsində 2 nəfər ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR