ABŞ Rusiya ilə danışıqdan imtina etdi
ABŞ Rusiya ilə danışıqların bərpasından imtina edib.
Bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kibri bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Rusiya ilə Suriya məsələsinə görə danışıqların bərpası mümkün deyil. Çinin danışıqların bərpası ilə bağlı təşəbbüsünə münasibət bildirən Departament rəhbəri ideyaya görə təşəkkür edib: "Amma yeni tarixlərdə baş vərənlərlə tanışlıq göstərəcək ki, biz Suriya məsələsində Rusiya ilə aktiv işləməyə cəhd göstərdik. İstəyirdik ki, Suriya böhranına son qoyulsun. Ancaq bu cəhdlər nəticə vermədi”.
Kibrinin sözlərinə görə, ruslar öz vəzifələrinin icrasına hazır olmayıblar. ABŞ təmsilçisi bildirib ki, onun ölkəsi böhranın aradan qaldırılması yönündə səylərini davam etdirəcək, ancaq bundan sonra Rusiya ilə ikitərəfli formata yox, çoxtərəfli formata üstünlük veriləcək.(Cebhe.info)






