Türkiyə 27,5 milyard dollarlıq iddianı RƏDD ETDİ
Türkiyənin neft-qaz dövlət şirkəti BOTAŞ mediada və sosial şəbəkələrdə Türkiyənin Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu ilə bağlı yayılan açıqlamaları şayiələri təkzib edib.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.
"Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan əsassız iddialar barədə ictimaiyyətin məlumatlandırılması zərurəti yaranıb", - şirkətdən bildirilib.
"İctimaiyyət şirkətə milli və beynəlxalq arenada ziyan vurmaq, eləcə də onun brend kimi dəyərini azaltmaq üçün qəsdən yayılan bu cür xəbərlərə və ittihamlara inanmamalıdır”, - açıqlamada vurğulanır.
Bundan əvvəl Rusiya Enerji Həftəsinin plenar iclasında Rusiya prezidenti Vladimir Putin Türkiyənin qaz qovşağı layihəsinin həyata keçirilməsində qaz ticarəti üçün elektron platformanın yaradılmasının prioritet olduğunu bildirib.






