“Ya Qəzzadan çıxın, ya da...” - İsrailin müdafiə naziri
Kateqoriya məlum deyil
T
İsrail Müdafiə Qüvvələri (IDF) mülki insanları Qəzza zolağından çıxmağa, yaxud cənuba köçməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.
Agentlik İsrailin müdafiə naziri Yoav Qallantdan sitat gətirib: "İndi müharibə vaxtıdır".
Qeyd olunur ki, İDF quru əməliyyatı hazırlayır və artıq tank hissələrini hazırda bir milyondan çox fələstinli mülki şəxsin yaşadığı Qəzza ilə sərhədə cəmləyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.
Əzizə






