ABŞ İranın 6 milyard dollarını yenidən DONDURA BİLƏR
"Ağ Ev Vaşinqton-Tehran əsir mübadiləsi sazişi çərçivəsində İrana qaytarılan 6 milyard dolları yenidən dondurmaq hüququnu özündə saxlayır.
Sfera.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bu fondlara ciddi nəzarət edirik və onları dondurmaq hüququnu özümüzdə saxlayırıq" o deyib.
Blinken vurğulayıb ki, bu məbləğə ABŞ Maliyyə Nazirliyi nəzarət edir və pul yalnız humanitar ehtiyaclar üçün istifadə edilə bilər. Dövlət katibi qeyd edib ki, bu məbləğ İranın əlinə keçmədən ərzaq, dərman və tibbi avadanlıqlara xərclənə bilər .
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti prezident Co Baydeni İrana qaytarılan 6 milyard dolları yenidən dondurmağa çağırıb. Makkarti bildirib ki, HƏMAS-ın İsrailə hücumları fonunda belə bir tədbir görülməlidir .
"Baydenin sakitləşdirmə siyasəti, o cümlədən girovlarla bağlı sövdələşmələr üçün pullar sona çatmalıdır... Onun siyasəti yalnız terrorçuları cəsarətləndirdi", - Makkarti bildirib.






