İsrailin hava limanında bütün uçuşlar dayandırdı
Kateqoriya məlum deyil
T
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
"Hava limanında uçuşlar dayandırılıb, təyyarələr havada eniş üçün gözləyir", - qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl HƏMAS-ın hərbi qanadı hava limanının atəşə tutulduğunu elan edib. Hava limanının nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.






