Logo

İŞİD lideri məni 130 min dollara aldı

İŞİD lideri məni 130 min dollara aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İŞİD-çilər tərəfindən girov götürülən Zeynəb adlı xanım başına gətirilən oyunlardan danışıb.

Sfera.az xəbər verir ki, adıçəkilən xanım Sputnik-ə açıqlamasında İŞİD yaraqlıları tərəfindən cinsi istismara məruz qaldığını deyib. Zeynəb terrorçular tərəfindən 130 min dollar satıldığını söyləyib.

"Qadınların bizə qarşı münasibəti kişilərdən pis idi. Bizi öncə Telaferdə, sonra Mosulda, sonra isə Suriyanın Rakka əyalətində tutdular. Yenidən İraqa gətirdilər. Orada məni Əbu Cəfər adlı terrorçuya satdılar. Əbu Cəfərin arvadı ərini əlindən alacağımı düşünüb məni hər gün döyürdü”.

Zeynəb daha sonra deyib: "3 uşağın İŞİD-dəki qadınlar tərəfindən zəhərləndiyini bilirəm. Terrorçu qadınlardan biri 2 yaşlı qızı asaraq öldürdü”.

Əbu Cəfərdən sonra başqa kişilərə satıldığını deyən Zeynəb psixoloji durumu pis olduğunu azad edildiyini söyləyib: "Cinsi təcavüzə məruz qalan bir çox qadınlar özlərini öldürürdülər. Əbu Cəfər məni İŞİD-in Səudiyyə liderlərindən Əbu Əli El-Harbiyə 130 min dollara satdı. Mənim üçün nəyə görə bu qədər yüksək məbləğ ödədiyini soruşdum. Ərəbcə danışdığım, Quranı əzbərə bildiyim və ev işlərində yaxşı olduğum üçün bu qədər böyük məbləğə satıldığımı dedi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR