Keçmiş deputatın oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI - FOTOLAR

Kateqoriya məlum deyil
T

Milli Məclisin keçmiş deputatı Yevda Abramovun oğlu Sasun Abramov israilli əsgərlər üçün sendviç hazırlayıb.

Sfera.az-ın məlumatına görə, o, HƏMAS-ın terror hücumuna qarşı vuruşan İsrail hərbçilərinə dəstəyini nümayiş etdirib.

S.Abramova sendviçlərin hazırlanmasında övladları da kömək olub.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu isə buna cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başlayıb.

Xatırladaq ki, mərhum Y.Abramovun oğlu S.Abramov uzun illərdir İsrailin Karmiel şəhərində yaşayır.

Fotoları təqdim edirik:

Keçmiş deputatın oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI - FOTOLAR

Keçmiş deputatın oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI - FOTOLAR

Keçmiş deputatın oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI - FOTOLAR

Keçmiş deputatın oğlu israilli əsgərlər üçün sendviç hazırlayıb YOLLADI - FOTOLAR

(İqtisadiyyat.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR