Putin İsrail-Fələstin münaqişəsindən danışdı
Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsinin kəskin şəkildə artmasının səbəbini ABŞ-nin Yaxın Şərqdəki siyasətinin uğursuzluğu ilə əlaqələndirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin məsələ ilə bağlı fikirlərini bildirib.
"İsrail-Fələstin münaqişəsi ABŞ-nin Yaxın Şərq siyasətinin uğursuzluğunun canlı nümunəsidir”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki, Kreml bundan əvvəl hər iki tərəflə təmasda olduğunu və aralarındakı mübahisənin həllində rol oynamağa çalışacaqlarını bəyan etmişdi.






