Əfqanıstanda zəlzələdə ölənlərin sayının çox olmasında Taliban günahlandırılır

Əfqanıstanda zəlzələdə ölənlərin sayının çox olmasında Taliban günahlandırılır

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2400 nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, ABŞ Geoloji Xidməti bildirib ki, şənbə günü ölkənin qərbində baş verən zəlzələlər Herat şəhərindən 35 km şimal-qərbdə 6,3 bal gücündə olub.

 

Fevral ayında Türkiyə və Suriyada təqribən 50.000 nəfərin ölümünə səbəb olan zəlzələlərdən sonra Əfqanıstandakılar da bu il dünyanın ən ölümcül zəlzələləri sırasına daxil olublar.

 

Təbii Fəlakətlər Nazirliyinin sözçüsü Canan Sayyiq bildirib ki, ölənlərin sayının 2445-ə yüksəlib, yaralıların sayı isə 9240-dən 2000-lərə enib. 

 

İtiklərin artmasında isə Taliban günahlandırılır.

 

Onilliklər boyu davam edən müharibənin infrastrukturu bərbad vəziyyətdə qoyduğu üçün yardım və xilasetmə əməliyyatlarının təşkili çətinləşir. Ölkənin daha ucqar yerlərindən məlumat daxil olduqda ora çatmaq çətin olduğu üçün ölənlərin sayı çox vaxt artır.

 

Demək olar ki, tamamilə xarici yardıma arxalanan Əfqanıstanın səhiyyə sistemi Taliban hakimiyyəti ələ keçirdikdən və iqtisadiyyatın əsasını təşkil edən bir çox beynəlxalq yardımın dayandırılmasından sonra iki il ərzində dəhşətli problemlərlə üzləşib.

 

Diplomatlar deyirlər ki, Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlər donorların maliyyə dəstəyini geri çəkməsinə səbəb olur.

 

Avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin sözçüsü maliyyə məhdudiyyətləri səbəbindən 25 Əfqanıstan xəstəxanasına maliyyə dəstəyini dayandıracağını söyləmişdi . Herat xəstəxanasının həmin siyahıda olub-olmadığı isə məlum deyil.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR