“The Crown” serialının final sezonunun ilk treyleri yayımlandı - VİDEO
Netflix-də yayımlanan və Böyük Britaniya kraliçası II Elizabetin hakimiyyətinə həsr olunmuş tarixi teleserial “The Crown”un altıncı mövsümünün ilk treyleri yayımlanıb.
Sfera.az bildirir ki, serialın final sezonu iki hissəyə bölünəcək və bir ay fasilə ilə nümayiş olunacaq. İlk dörd epizod Netflix-də noyabrın 16-da, qalan altı seriya isə dekabrın 14-də yayımlanacaq.
Treylerdə tamaşaçılar İmelda Stauntonun canlandırdığı Kraliça II Elizabeti serialın on illik səyahətinə hörmət olaraq Claire Foy və Olivia Colmanın şəkillərinin yanından keçdiyini görürlər.
Piter Morqan tərəfindən yazılmış serialın final mövsümü 90-cı illərin sonu 2000-ci illərin əvvəllərini əhatə edəcək. Bu dəfə Uels şahzadəsinin faciəli ölümü kölgədə qalıb. Diananın ölümü ilə bağlı bir mənbə, istehsal qrupunun altıncı mövsümdə bu hissəni çox düzgün və həssaslıqla idarə etmək istədiyini bildirib. Serialda Şahzadə Uilyam və Keyt Middltonun St Andrews Universitetində tələbə ikən başlayan romantikası da göstəriləcək.
Baş rollarda İmelda Staunton, Şahzadə Diana rolunda Elizabeth Debicki, Şahzadə Uilyam rolunda Ed Makvey, Şahzadə Harri rolunda Lüter Ford, Keyt Middlton rolunda Meq Bellami, Şahzadə Fillip rolunda Conatan Pris, Şahzadə Çarlz rolunda Dominik Uest və Kamilla Parker Boulz rolunda Olivia Uilyams çəkilib.
Debickinin sözlərinə görə, o, layihəyə qoşulmazdan əvvəl xalqın şahzadəsi rolunun ağırlığını hiss etməyib:
"Mən nəyin itirildiyini heç vaxt başa düşməmişdim, çünki onun ictimaiyyətə təsirini yaşamamışdım... O, mənə çox şey öyrətdi. Düşünürəm ki, Diana həyatını böyük cəsarətlə və güclü sevgi etikası ilə yaşayıb. O, həqiqətən sevirdi və sevilməyə ehtiyacı var idi”.
Aynil
Sfera.az