Təyyarədən evinə pomidor atdığı üçün qadın pilotu ittiha etdi

Təyyarədən evinə pomidor atdığı üçün qadın pilotu ittiha etdi

Nyu-Yorkdan olan 65 yaşlı Maykl Arnold kiçik bir təyyarədən istifadə edərək dörd il bir qadını təqib etməkdə və evinin üzərində tez-tez və alçaqdan uçmaqda ittiham olunur.
 

Sfera.az bildirir ki, bu qəribə və gülməli işi araşdıran FBİ agenti Maykl Arnoldun aşağı uçuşlardan istifadə edərək Schuylerville ailəsini təqib edib. Bir dəfə Maykl Arnold hətta təyyarədən qadının həyətinə pomidor atıb. Zərərçəkmiş qeyd edib ki, təyyarənin pilotu əvvəllər onun qəhvəxanasının daimi müştərisi olub. Qadın təqibin səbəbini açıqlamayıb, qorxduğunu bildirib.
 

"Bu, sadəcə kabusdur. O, mənim ailəmi dəhşətə gətirib və biz çox qorxmuşuq. Bütün bu illər ərzində heç kim heç nə etmədiyinə görə onun əlindən nələr çəkib. Təyyarəni evimizə çırpıb-çırpmayacağını da bilmirdim. Birdən məni güllələsə nə olacaqdı”? - deyə zərərçəkmiş bildirib.


Qeyd edək ki, ittiham olunan Arnold uçuşları 1976-cı ildə istehsal olunmuş kiçik “Cessna-180” təyyarəsi ilə həyata keçirib.
 

O, elə təyyarəsinin saxlandığı Vermont ştatının Benninqton şəhərindəki hava limanına gəldikdə saxlanılıb. Müdafiə çıxışında konkret bir şəxsi hədəf almadığını və qadına qarşı heç bir pis niyyətinin olmadığını müdafiə edib. Onun sözlərinə görə, məhz “Facebook” səhifəsində paylaşmaq üçün fotoşəkillər çəkməyə görə kəndin üzərindən uçub.
 

Məhkəmə pilotu qadına yaxınlaşmamaq, onu və ailəsini sıxışdırmamaq şərti ilə cəzadan azad edib. Xüsusilə hava səyahəti zamanı o, təyyarəni evindən və iş yerindən ən azı 90 metr məsafə saxlamalıdır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR