Hamburq hava limanı İrandan gələn təyyarəyə hücum təhlükəsi səbəbindən fəaliyyətini dayandırdı

Hamburq hava limanı İrandan gələn təyyarəyə hücum təhlükəsi səbəbindən fəaliyyətini dayandırdı

Almaniyanın Hamburq hava limanı fəaliyyətini dayandırıb.
 

Sfera.az xəbər verir ki, hava limanı İranın paytaxtı Tehrandan gələn təyyarəyə hücum təhlükəsi səbəbindən oktyabrın 9-da bazar ertəsi fəaliyyətini dayandırıb.
 

KİV-in məlumatına görə, Tehrandan Hamburqa uçan sərnişin təyyarəsi ilə bağlı federal polisə elektron poçt vasitəsilə təhdid daxil olub.


Həmin təyyarənin göyərtəsində 198 sərnişin və 16 ekipaj üzvü olduğu məlum olub.


Hamburq Federal Polisi Tehrandan gələn təyyarəyə hücum təhlükəsini ciddi hesab edir və 198 sərnişinin baqajında ​​axtarış aparılır.
 

KİV-ə verilən məlumatda həmçinin qeyd edilir ki, hazırda təyyarə təhlükəsiz yerdə texniki baxışdan keçir. Bütün sərnişinlər ayrıca çıxışa aparılıb, burada onların baqajları yoxlanılıb.
 

"Federal polis əraziyə çoxlu sayda işçi cəlb edib və təhlükəni ciddi hesab edir. Ərazidə anğınsöndürmə xidməti növbə çəkir"- deyə məlumatda əlavə edilib.
 

Polisin keçirdiyi əməliyyatlar səbəbindən uçuşlar dayandırılıb. Aeroportdan verilən məlumata görə, saat 12:40-dan bəri heç bir uçuş və ya eniş olmayıb.
 

"Federal polisin səfəri ilə əlaqədar qısa müddət ərzində uçuş və eniş mümkün deyil. Uçuşların gecikmələri mümkündür. Uçuşun vəziyyətini izləyin"- deyə hava limanından bildirilib.
 

Bu hadisələr HƏMAS-ın oktyabrın 7-də Qəzza zolağından iki mindən çox raket atması ilə İsrailə hücumu fonunda baş verir. Xəbər verdiyimiz kimi, hücumdan sonra yaraqlılar ölkəyə qurudan hücuma başlayıblar. İDF hərbi vəziyyət elan edib və “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Oktyabrın 8-də İsrail rəsmən müharibə elan edərək, 1973-cü ildən bəri istifadə olunmayan “Aleph 40”ı qüvvəyə mindirib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR