“Bu halda müharibə daha tez bitəcək...” – Sergey Lavrov
“Qərb Kiyevə göndərdiyi silahların tədarük həcmini azaldarsa, müharibə daha tez yekunlaşar”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bu barədə “Rossiya 24” telekanalına danışıb.
“Belə olacağı təqdirdə, Putinin qarşıya qoyduğu tapşırıqlar daha tez yerinə yetiriləcək. Lakin Ağ Evin son iki il ərzində məntiqə uyğun olmayan müxtəlif hərəkətlərini nəzərə alsaq, növbəti addımlarını proqnozlaşdırmaq çətindir”, deyə Lavrov söyləyib.
Bundan əvvəl siyasi analitiklər ABŞ-nin Kiyevi maliyyələşdirməyi dayandıracağı halda, Ukraynadakı savaşın bu qış başa çata biləyini demişdi. “Ağ Evdən əlavə dəstək olmasa, münaqişə yaxın aylarda yekunlaşacaq”, deyə bildirilmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə müharibənin bitmə vaxtı ilə bağlı proqnoz verməkdən imtina etmişdi.
Türkan