Rusiya Ermənistanla ikitərəfli saziş bağlamaqdan imtina etdi
Rusiya Ermənistanla ikitərəfli saziş bağlamaqdan imtina edib.
Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib. O, qeyd edib ki, Kreml Ermənistanın Roma statusuna daxil olmasını qeyri-dost addım hesab edir.
“Məhz bu səbəbdən Ermənistanın təklifini ciddiyə almaq üçün heç bir səbəb görmürəm”, - Qaluzin “RBC”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın Roma statusunu ratifikasiya etməkdən çəkinəcəyinə ümid edirdi.
Xatırladaq ki, ötən həftələrdə Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif etmişdi. “Roma statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”, - deyə Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan demişdi. Kirakosyanın sözlərinə görə, Rusiya sazişi imzalamaqdan imtina etsə belə, ölkə liderlərinin toxunulmazlığı var və Ermənistana səfər edəcəyi təqdirdə Prezident Vladimir Putinin mümkün həbsi barədə söhbətlər yersizdir.
Günay