“Putin savaşda qalib gəlsə...” - Mark Milley
11:41 / 09.10.2023
6061
“Ukrayna müharibədə uduzsa, ABŞ müdafiə büdcəsini artırmalı olacaq”.
Sfera.az bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri Mark Milley deyib. O, ABŞ-lə Rusiya arasında mümkün müharibə riskinin olduğunu da vurğulayıb:
“Putin savaşda qalib gəlsə, Vaşinqton qarşıdakı illərdə müdafiə büdcəsini iki dəfə olmasa belə artırmalı olacaq. Həmçinin fikrimcə, qarşıdakı 10-15 il ərzində böyük güclər arasında müharibə ehtimalı da çoxalacaq” - deyə o, “CBS News” telekanalına açıqlamasında söyləyib.
General əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin qələbəsi Qərb üçün çox təhlükəli vəziyyətdir.
Günay