HƏMAS-ın İsrailə hücumu: 22 nəfər həlak olub, 300-dən çox yaralı var - YENİLƏNİB

HƏMAS-ın İsrailə hücumu: 22 nəfər həlak olub, 300-dən çox yaralı var - YENİLƏNİB
Kateqoriya məlum deyil
T

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, raket zərbələri nəticəsində 22 nəfər həlak olub, 300-dən çox adam ağır yaralanıb.

 

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

***

12:50

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

 

Sfera.az “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

 

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

 

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR