Rusiya sülhməramlılları Qarabağdakı daha 3 postunu bağladı
Kateqoriya məlum deyil
T
Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.






