Rusiya Tufan kəndini vurdu - 50-dən çox insan həlak olub

Rusiya Tufan kəndini vurdu - 50-dən çox insan həlak olub

Oktyabrın 5-də günorta saatlarında rus ordusu Xarkov vilayətinin Kupyanski rayonunun Qroza (Tufan) kəndinə raket zərbəsi endiriblər.
 

Sfera.az bildirir ki, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Qroza kəndinə hücum edib. Nəticədə 51 nəfər həlak olub. İlkin məlumatlara görə, hücum “İsgəndər” raketi ilə həyata keçirilib..
 

Ukrayna prezidenti Vladimir Zelenski hadisə ilə bağlı öz Telegram səhifəsində yazıb. Əvvəlcə 48 nəfərin öldüyü məlum idi.
 

“Rusiyanın qəddar cinayəti adi bir ərzaq mağazasına raket zərbəsi endirilməsi, tamamilə qəsdən törədilmiş terror hücumudur”,- deyə Zelenski bildirib.
Prezident Aparatının rəhbəri Andrey Ermak bildirib ki, ruslar Kupyanski rayonunun Qroza kəndində mülki obyekti atəşə tutub. O bildirib ki, ölənlər arasında bir uşaq da var.
 

"Ruslar Kupyanski rayonunun Qroza kəndində mülki obyekti atəşə tutublar. İlkin məlumata görə, 48 nəfər həlak olub. Onların arasında 6 yaşlı uşaq da var. Aralarında 1 qız uşağının olduğu 6 nəfərin yaralandığı da məlumdur” - deyə Ermak yazıb.
 

Qroza kəndinin atəşə tutulması: hər 10 sakindən biri öldü


Bundan sonra Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, hücum zamanı kənddə ehsan yeməyi olub, hər 10 sakindən biri həlak olub.


"Qroza kəndindəki kafedə həmkəndlisinin dəfn mərasimi olub. Ona görə də ora çoxlu adam toplaşıb. 49 nəfər ölüb"- deyə nazir bildirib.


Onun sözlərinə görə, bu kənddə cəmi 330 nəfər yaşayıb. Sadəcə hər ailədən, hər həyətdən bir nəfər bu xatirə gecəsində iştirak edib.
 

Qroza kəndinin atəşə tutulması: ölənlərin sayına görə ən kütləvi raket zərbəsi
 

Xarkov OVA rəhbərinin spikeri Yelena Şapovalın sözlərinə görə, Qroza kəndinə raket hücumu Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri bölgədə ölənlərin sayına görə ən kütləvi hücum olub.
 

Daha sonra Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi ölənlərin sayının 51 nəfərə çatdığını açıqlayıb. İlkin məlumatlara görə, Rusiya Federasiyası Silahlı Qüvvələri kəndi “İsgəndər” qanadlı raketi ilə vurub.
 

Britaniyalı professor Maykl Klark və müdafiə və təhlükəsizlik üzrə analitik bildiriblər ki, Xarkov vilayətinin Qroza kəndində dəyən ziyanın miqyası zərbənin adi hərbi raketlə həyata keçirilmədiyini göstərir.
 

Xarkov vilayət prokurorluğunun nümayəndəsi Dmitri Çubenko Qrozada ölənlərin sayının 51 nəfərə yüksəldiyini təsdiqləyib. Prokurorluq müəssisəyə qəsdən raket tuşlanmasını istisna etmir.

 

Eyni zamanda, o, rusların məntiqinin ümumiyyətlə anlaşılmaz olduğunu qeyd edib, çünki kafedə yalnız mülki şəxslər olub.
 

"Kəndin demək olar ki, yarısı bu zərbə ilə öldürüldü".

 

Qroza kəndinin atəşə tutulması: beynəlxalq ictimaiyyətin reaksiyası
 

Böyük Britaniyanın baş naziri Rişi Sunak, Qroza kəndinə hücumun Rusiya prezidenti Vladimir Putinin "barbarlığını" nümayiş etdirdiyini bildiriv.
 

"Prezident Putin istədiyini deyə bilər. Amma bu qeyri-qanuni, səbəbsiz müharibəyə görə məsuliyyət daşıyan bir şəxs var, o da o özüdür və dayanmalıdır"- deyə Sunak bildirib.
 

Böyük Britaniyanın Ukraynadakı səfiri Qroza kəndinə edilən hücumdan dəhşətə gəldiyini bildirib.


"Rusiyanın Qroza kəndini vəhşicəsinə atəşə tutması və onlarla mülki şəxsin həlak olması ilə bağlı xəbərləri eşidəndə dəhşətə gəldim. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm"- o, daha əvvəl (Twitter) X səhifəsində yazıb.
 

BMT-nin baş katibi Antonio Quterreş Xarkov vilayətindəki kəndə hücumu pisləyib.
 

Jurnalistlər Quterreşin sözçüsündən sitat gətirib: “Mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquqla qadağandır və dərhal dayandırılmalıdır”.
 

Oleq Sinegubov milli telemarafonda Qroza kəndinə hücumun nəticələrinin aradan qaldırılması barədə danışıb.
 

Onun sözlərinə görə, bu gün raket zərbəsinə məruz qalan kafenin yerində dağıntıların təmizlənməsi işləri artıq yekunlaşıb. Rusiyanın zərbəsi nəticəsində 51 nəfər ölüb, 6 nəfər yaralanıb. Bütün mülki vətəndaşlar zərər çəkib.
 

Yerində bu faciənin nəticələrini tez bir zamanda aradan qaldıracaq qərargah yaradılıb. Tamamilə dağılan kafe binası ilə yanaşı, qonşu evlərə də ziyan dəyib. Könüllülər də yerli sakinlərə kömək edirlər, hadisə yerində təcili tibbi yardım maşınları işləyir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...