Bir gün ərzində meşə yanğınlarından daşqınlara: Bu ölkədə vəziyyət gərginləşir
Avstraliyanın Viktoriya ştatının bəzi hissələrində baş verən meşə yanğınlarına görə, həmin bölgədəki əhalinin evlərini tərk etməsindən 24 saatdan az vaxt keçməsinə baxmayaraq, ştat rəsmiləri leysan yağışların cənub-şərq əyalətində alovları söndürdüyü və çayların su səviyyəsini qaldırdığı üçün daşqın olacağı barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, ştatın bəzi hissələri 150 millilitrədək yağış alıb ki, bu da sentyabr ayında ştatın orta göstəricisindən təxminən səkkiz dəfə çoxdur.
Bu gün isə yağıntıların artacağı proqnoz edilir. Yağışlar nəticəsində şimal-şərqi Viktoriyada çərşənbə günü günortadan sonra daşqın olacağı gözlənilir. Bu barədə insanlar diqqətli olmağa çağırılıb.
Qeyd edək ki, Yeni Cənubi Uels əyalətinin sərhədi boyunca, Sidneydən təxminən 300 kilometr cənub-qərbdə, Bermagui şəhəri yaxınlığında 5200 hektar kolluq yanğın nəzarətdən çıxıb.
Dövlət yanğınsöndürmə orqanları bir neçə mülkün zərər gördüyünü və yanğınsöndürənlərin hələ də alovun qarşısını almaq üçün çalışdığını, gecə ərzində vəziyyətin bir az yüngülləşdiyini bildirib.
Firuzə Əliyeva