“Rusiya faktiki olaraq Ukraynanı məğlub edib” – ABŞ-nin keçmiş kəşfiyyat zabiti

“Rusiya faktiki olaraq Ukraynanı məğlub edib” – ABŞ-nin keçmiş kəşfiyyat zabiti

“Rusiya faktiki olaraq Ukrayna Silahlı Qüvvələrini məğlub edib”.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun (MCC) keçmiş kəşfiyyat zabiti Skott Ritter bildirib. O, bu barədə "YouTube" kanalında danışıb.

 

“Hərbi baxımdan Ukrayna Silahlı Qüvvələri artıq məğlub olub. Məsələ ondan ibarətdir ki, Rusiya son məqəsdinə böyük insan itkiləri riski ilə nail olacaq, yoxsa Ukrayna hakimiyyətinin siyasi çöküşünü gözləməklə çatacaq?",- Ritter bildirib.

 

O, həmçinin əks-hücumun uğursuzluğu səbəbindən Ukrayna rəhbərliyinin siyasi böhranla üzləşə biləcəyini deyib. Onun fikrincə, böhran bu ilin sonu və ya 2024-cü ilin yazında gözlənilir.

 

Ritter qeyd edib ki, Rusiyanın hərbi təzyiqi Ukrayna hökumətinin devrilməsinə gətirib çıxara bilər. Onun açıqlamasına görə, Rusiya tərəfi bu cür taktikaya sadiq qalaraq, Ukraynada siyasi çöküş yarada biləcək. Eyni zamanda Ritter etiraf edib ki, bu halda münaqişə uzanacaq, lakin konkret nəticə əldə olunacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR