Türkiyədə 2 avtobus toqquşdu - Yaralananlar var

Türkiyədə 2 avtobus toqquşdu - Yaralananlar var
Kateqoriya məlum deyil
T

Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

 

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir. Yaralıların sayının artacağı istisna edilmir.

 

Qeyd edək ki, bu gün Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR