Avropada miqrasiya böhranı - İtaliya və Almaniya Aİ sazişinin imzalanmasını pozub
Avropada miqrasiya böhranı davam edir və hələlik onun həlli Alyansın bəzi ölkələrinin mövqelərindəki fikir ayrılıqları səbəbindən Aİ-nin mövcud qanunvericiliyinin əhatə dairəsindən kənarda qalıb.
Sfera.az xəbər verir ki, Almaniya və İtaliya arasında fikir ayrılıqları sentyabrın 28-də Avropa İttifaqının miqrasiya islahatının sonuncu hissəsi ilə bağlı çoxdan gözlənilən razılaşmanı pozub.
Avropa Komissiyasının hələ 2020-ci ildə təklif etdiyi Miqrasiya və Sığınacaq üzrə Paktın məqsədi Avropa ölkələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan insanları problemsiz qəbul etməyə və sığınacaq üçün müraciətlərinə baxmağa imkan verəcək miqrasiya böhranını təcili həll etmək idi.
Bununla belə, iki ölkənin - İtaliya və Almaniyanın mövqeləri, daha dəqiq desək, Aralıq dənizində qeyri-qanuni miqrantların kimin və necə xilas ediləcəyi ilə bağlı mübahisələri razılaşmaların əldə olunmasına mane olub. İtaliya hətta qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün dəniz blokadası yaratmağa çalışır.
"Bu, bəzən daha çox vaxt tələb edən nüanslar məsələsidir. Amma mən əminəm ki, yaxın günlərdə biz tam razılığa gələ biləcəyik. Avropa Birliyi, problemin həlli ümidini itirmir"- deyə İspaniya prezidentliyinin daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib.
Əslində, hələ də Avropa Parlamentinin Miqrasiya Paktı ilə bağlı bəzi etirazları var ki, bu da sənədin imzalanmasına mane ola bilər. İspaniya sosialist deputatı Xuan Fernando Lopez Aqiların qeyd etdiyi kimi, fövqəladə vəziyyət yarandıqda qaçqınların Aİ ölkələrinə məcburi köçürülməsi aktual məsələlərdən biri olaraq qalır.
"Mən bilirəm ki, istəksizlik var, müqavimət var. Amma Avropa Parlamentindəki avropapərəst çoxluq bizə danışıqlar mandatı verərək, böhran vəziyyətlərində məcburi köçürmə proqramlarına ehtiyac olduğunu açıq şəkildə bildirib. İndi Lampeduza adasında müşahidə olunan vəziyyətə bənzər bir vəziyyətə cavab olaraq, bizə Avropa miqyası lazımdır ".
Aİ ölkələri artıq sığınacaq verilməsi və miqrantların, ilk növbədə, sahilyanı İtaliya və ya Yunanıstandan çıxarılması sistemini dəyişdirmək üçün tədbirlər haqqında razılığa gəliblər. Buna görə də Miqrasiya və Sığınacaq Paktı üçün təsdiq prosedurunun ilin sonuna qədər başa çatdırılması gözlənilir. Bununla belə, ayrı-ayrı üzv dövlətlərin, xüsusən də Şərqi Avropa ölkələrinin veto hüququ olmayacaq və yekun qərar Aİ dövlətlərinin ixtisaslı əksəriyyəti tərəfindən qəbul edilməlidir.
Aynil
Sfera.az