Tarixin ikinci ən böyük lotereya uduşu baş tutdu - 1,6 milyard dollar
ABŞ-də tarixin ikinci ən böyük lotereya uduşu baş tutub.
Sfera.az xəbər verir ki, ən böyük cek-pot qalibinə 1,6 milyard dollar (2,72 milyard manat) qazandıracaq.
Təhlükəsizlik baxımından uduşun qalibinin kimliyi 90 gün ərzində gizli saxlanılacaq.
Böyük uduş “Mega Millions” lotereyasında olub. Bu uduş 31 dəfə keçirilən tirajdan sonra qazanılıb. Qalib lotereyadakı 6 rəqəmi dəqiq tapmaqla müəyyənləşib.
ABŞ-də bundan öncə ən böyük uduş 2022-ci ilin noyabrında Kaliforniyada satılan “Powerball” biletində qeydə alınıb. Həmin oyunda 2,04 milyard dollar dəyərində cek-pot udulub.
Qaydalara əsasən, “Mega Millions” qalibi 2 seçimdən birini etməli olacaq. Qalib olan şəxs ya 30 illik annuitetlə (bərabər bölgü – red.) məbləğin tamamını əldə edəcək, ya da gözləmədən böyük məbləğdə (təxminən 50 faiz – red.) vergi ödəməklə 794,2 milyon dollar birdəfəlik ödəniş ala biləcək.
Vasif