17 il ölü hesab edilən qadın iş tapa bilmədiyinə görə ABŞ hökumətini məhkəməyə verib

Madeleine-Michelle Carten deyir ki, son 17 il ərzində ABŞ hökuməti tərəfindən öldüyü güman edildiyi üçün onun həyatı kabusa çevrilib. O, nə iş tapa, nə də ev ala bilməyib.
Sfera.az bildirir ki, ABŞ hökuməti tərəfindən təxminən iyirmi ildir səhvən ölü hesab edilən qadın bunun bütün həyatını məhv etdiyini deyib. O, bəzən özünü “kabus” adlandırır.
Missuri ştatının Sent-Luis şəhərindən olan Madlen Mişel Karten sağdır və sağlamdır, lakin son 17 il ərzində ABŞ hökuməti onun öldüyünə inanın. Qadın bəzən özünü “kabus” adlandırır. O, qəribə hadisə barədə ilk dəfə 2007-ci ildə Vebster Universitetində sahibkarlıq və biznes texnologiyaları ixtisası üzrə təhsil alarkən danışıb. Daha sonra o, ölənlər siyahısına salındığı üçün ona maddi yardım verilməyib.
Kreditor hətta onun "öldüyünü" bildirən sənədlərini göndərib. Kredit hesabatları da eyni şeyi deyirdi.
Təxminən iyirmi ildən sonra vəziyyət daha da pisləşib. Amerikalı qadım bildirib ki, baş verən hər şey “korrupsiya kabusu”dur. Hökumət onun problemini həll edə bilmir. Onun sözlərinə görə, yalançı ölümlə əlaqədar ona ipoteka krediti verilməyib, nəticədə ev ala bilməyib.
"Bu, bütün həyatımı məhv etdi. Mənə maddi də təsir etdi. Ev almaq istəsəydim, bu baş verməzdi"-deyə o iddia edir.
Sosial Təminat Məsləhət Şurasının məlumatına görə, hər il ABŞ-da yaşayan 12 000-ə qədər insan yalandan ölü hesab olunur. Bu, Şuranın ölüm faylına nömrənin səhv daxil edilməsi kimi sadə bir səhv nəticəsində baş versə də, nəticə insanların həyatı üçün fəlakətli olur.
2019-cu ildə Madeline Sosial Müdafiə İdarəsindən və digər dövlət qurumlarından 12 milyon dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib. Bununla belə, hakim sonda iddianı rədd edib, çünki ABŞ qanunlarına görə hökumətin suveren toxunulmazlığı var.
Aynur
Sfera.az