Türkiyənin ən güclü mühərriki TEKNOFEST-də nümayiş etdiriləcək

Türkiyənin ən güclü mühərriki TEKNOFEST-də nümayiş etdiriləcək
Kateqoriya məlum deyil
T

Türkiyənin ən güclü mühərriki TEKNOFEST-də nümayiş etdiriləcək.

 

Sfera.az   xəbər verir ki, Türkiyənin TUSAŞ Mühərrik Sənayesi tərəfindən hazırlanan TEI-TF6000 turbofan mühərriki Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in İzmir mərhələsində nümayiş etdiriləcək.

 

Türkiyənin aviasiya macərasına ilkləri gətirən qaz turbinli və pistonlu mühərriklər 27 sentyabr-1 oktyabr tarixləri arasında İzmir Çiğli Hava Limanında Türkiyə Texnologiya Komandası Vəqfinin (T3) və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi liderliyində keçiriləcək festivalda texnologiyasevərlərə təqdim ediləcək.

 

Eyni mühərrik 27-30 sentyabr tarixləri arasında Əskişəhər Ticarət Palatası-TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək 3-cü Əskişəhər Sənaye Sərgisində nümayiş olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR