ABŞ 10 il ərzində AES inşa edəcək

ABŞ 10 il ərzində AES inşa edəcək

ABŞ-nin energetika naziri Cennifer Qranholm ölkəsinin 10 il ərzində atom elektrik stansiyası inşa etməyi hədəflədiyini bildirib.

 


Sfera.az xəbər verir ki, o, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 67-ci Baş Assambleyasının iclasında iştirakı zamanı deyib.

 

Qranholm Co Bayden administrasiyasının oktyabr ayında 8 milyard dollarlıq hidrogen mərkəzi proqramı ilə bağlı təfərrüatları açıqlaya biləcəyini ifadə edib. Eyni zamanda, təmiz hidrogenin qiymətini 10 il ərzində kilo başına 1 dollara endirməyi hədəflədiklərini söyləyib.

 

O, təmiz enerjiyə keçid üçün hər kəsin mümkün qədər tez irəliləməsinin tərəfdarı olduqlarını da bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR