Məktəblər bağlandı, həyəcan təbili çalındı
Dünya
14:37 / 23.09.2023
5900
Siciliya adasının şimalındakı Palermo şəhəri ətrafında bir gün əvvəl başlayan meşə yanğınları hələ də davam edir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın təhlükəsi ilə üzləşən bəzi yaşayış məntəqələrinin boşaldılmasının ardından həyəcan təbili çalınıb.
Qeyd olunub ki, Qratteridə baş verən yanğınlar səbəbindən məktəblərdə tədris də müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, yanğınlara qurudan və havadan yanğınsöndürən təyyarələr və könüllülərin köməkliyi ilə müdaxilə edilir.
Firuzə Əliyeva