MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edildi
Dünya
18:21 / 22.09.2023
11990
Mərkəzi Afrika Respublikasının (MAR) keçmiş prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbsə məhkum edilib.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın “France-Presse” nəşri məlumat yayıb.
Məlumata görə, MAR məhkəməsi Bozizeni sui-qəsd və üsyanda təqsirli bilib.
Qeyd edək ki, Bozize dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. O, 2003-cü ilin yazından devrildiyi 2013-cü ilin martına qədər ölkə prezidenti vəzifəsini icra edib.