Kremldən Qərbə ZƏRBƏ - Putinin bu qərarı Ukrayna ilə Polşanı ÜZ-ÜZƏ QOYDU

Kremldən Qərbə ZƏRBƏ - Putinin bu qərarı Ukrayna ilə Polşanı ÜZ-ÜZƏ QOYDU

Ukrayna və Polşa arasında fikir ayrılığı yaranıb.

 

Sfera.az bildirir ki, buna səbəb Rusiya prezidentinin taxıl sazişindən çıxmaq qərarı olub. “Bloomberg”in məlumatına görə, sözügedən hadisədən sonra Ukrayna artıq qonşularına taxıl verə bilmir və onlar da öz növbəsində Kiyevə hərbi yardımdan imtina edirlər.

 

“Putinin Ukraynaya dəniz yolu ilə milyonlarla ton taxıl ixrac etməyə imkan verən müqaviləni ləğv etmək qərarı onun lehinə işləyir. Qərar Rusiyanın düşmənlərinin iqtisadiyyatına zərbə vurur, yaxın müttəfiqlər arasında mübahisələrə səbəb olur. Üstəlik, Kreml bundan heç bir zərər görmür”, deyə materialda qeyd olunub.

 

“Bloomberg” Ukrayna və müttəfiqlərinin qərar qarşısında üç yolu olduğunu bildirib:  “Birincisi, onlar gələcək mövsüm məhsulu ilə bağlı nəticələri görmək üçün fevral və ya mart aylarını gözləyə bilərlər. İkincisi, Avropa İttifaqı fermerlərə itkilərini kompensasiya etmək üçün nağd pul ödəyə bilər. Üçüncüsü, Qərb Putinin taxıl müqaviləsinin bərpası ilə bağlı şərtlərini qəbul edə bilər. Bunun üçün isə Rusiyaya tətbiq edilən bəzi sanksiyalar ləğv edilməlidir”.

 

Qeyd edək ki, Rusiya iyunun 18-də taxıl müqaviləsində iştirakını dayandırdığını bildirib. Putin irəli sürülən şərtlərin heç birinin yerinə yetirilmədiyini vurğulayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu barədə Sf...