Gürcüstan Rusiya aviaşirkətinə iki dəfə rədd cavabı verib

Gürcüstan Rusiya aviaşirkətinə iki dəfə rədd cavabı verib
Kateqoriya məlum deyil
T

Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi “Rossiya” aviaşirkətinin ölkələrarası birbaşa uçuşlar həyata keçirmək istəyinə iki dəfə rədd cavabı verib.

 

Bu barədə idarənin Mətbuat Xidməti məlumat yayıb.

 

“Bu il mayın 16-da agentlik “Rossiya”nın Moskva-Tbilisi-Moskva istiqamətində müntəzəm reyslərin yerinə yetirilməsi ilə bağlı müraciətini təmin etməyib. Sentyabrın 14-də şirkət agentliklə yenidən əlaqə saxlayıb, lakin bu dəfə Moskva-Tbilisi-Moskva, Moskva-Batumi-Moskva və Sankt-Peterburq-Tbilisi-Sankt-Peterburq istiqamətləri üzrə müntəzəm uçuşlar həyata keçirmək üçün icazə istəyib. Elə həmin gün aviaşirkətin təklifindən imtina edilib”, - məlumatda deyilir.

 

Mülki Aviasiya Agentliyi aydınlaşdırıb ki, imtina “Rossiya”nın Avropa İttifaqının qara siyahısına salınması ilə bağlı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR