Heç bir seçim qoymadı - Əgər İran bu silahlara sahib olsa, Səudiyyə Ərəbistanı da nüvə silahı yaradacaq

Heç bir seçim qoymadı - Əgər İran bu silahlara sahib olsa, Səudiyyə Ərəbistanı da nüvə silahı yaradacaq

Səudiyyə Ərəbistanının lideri Məhəmməd bin Salman Əl Səud nüvə bombası yaratmağa hazırdır. 

 

Sfera.az bildirir ki, Səudiyyə Yaxın Şərqdəki əzəli rəqibi İranın hərəkətlərinə cavab olaraq nüvə bombası yaratmağa hazırdır.

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud deyib ki, İran öz nüvə silahını uğurla inkişaf etdirərsə, ölkəsi də tezliklə nüvə bombasına sahib olacaq. O, bu barədə “Fox News”a müsahibəsində bildirib.

 

"Əgər onlar bu silahları alsalar, biz də almalıyıq"-deyə vəliəhd şahzadə bildirib. 

 

Şahzadənin sözlərinə görə, ölkəsi belə silahlara sahib olmaq istəmir, lakin İranın nüvə proqramı başqa seçim qoymur.

 

Məhəmməd bin Salman deyib: “Biz İranın nüvə bombasına malik olduğu vəziyyətə icazə verməyəcəyik.

 

Bundan əvvəl, hələ 2018-ci ildə Məhəmməd bin Salman da İranın bunu edəcəyi təqdirdə ölkəsinin nüvə bombası hazırlayacağını vurğulamışdı. Bundan əlavə, bu ilin əvvəlində Ər-Riyad krallıqda özünün yanacaq istehsalı və uranın zənginləşdirilməsi sisteminin yaradılması üçün ABŞ-dan dəstək istəyib. O zaman da mülki nüvə proqramının yaradılmasına hazırlaşılırdı. Bu təşəbbüs İranla rəqabətin davamı idi.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının mərhum kralı Abdulla hələ 2011-ci ildə demişdi: 

 

“Tehran nüvə silahı istehsal etsə, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün region ölkələri bunu edəcək”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ukraynadakı vəziyyəti həll etmək üçün öz sülh planını təklif edib və bu planda aşağıdakı dörd bənd var: Ukraynanın ərazi bütövlüyünün qorunması; bütün cəbhələrdə atəşkəs; BMT nəzarəti altında sülh danışıqlarının başlanması; əsirlərin mübadiləsi.

 

Dünya mediasında isə son illərin ən böyük neft böhranı gözlənildiyi yazılıb. Məlumatlara görə Səudiyyə Ərəbistanı neft hasilatını azaldır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...