Amsterdamdan vurulmuş “Boeing 777”nin bir parçası Rusiyada satışa çıxarıldı

Amsterdamdan vurulmuş “Boeing 777”nin bir parçası Rusiyada satışa çıxarıldı

Rusiyanın “Avito” onlayn elanlar xidmətində vurulmuş Malayziya “Boeing”in bir hissəsi 10 min rubla satışa çıxarılıb. Açıqlamada təyyarənin qalıqları “Amsterdamdan suvenir” adlandırılıb. 

 

Sfera.az bildirir ki, elanın müəllifinin dediyinə görə, “Boeing”in bir parçasını o, Qrabovo kəndindəki nənəsinin bağında tapıb. Təyyarə bu yaşayış məntəqəsi üzərində vurulub.

 

Satıcı həmçinin iddia edir ki, o, dağıntıları toplayan ATƏT missiyasında çalışıb.

 

Xatırladaq ki, MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Malayziyanın “Boeing 777” təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

 

Kiyev qəzaya görə Rusiya Silahlı Qüvvələrini günahlandırıb, onlar belə bir hündürlükdə təyyarəni vurmağa imkanlarının olmadığını bildiriblər.

 

Hollandiya Baş Prokurorluğunun rəhbərlik etdiyi beynəlxalq istintaq qrupu qəzanın baş vermə şəraitini araşdırıb və belə nəticəyə gəlib ki, “Boinq” Rusiyaya məxsus və Rusiyadan tədarük edilən “Buk” zenit-raket kompleksi ilə vurulub. Bellingcat da daha əvvəl eyni nəticəyə gəlmişdi.

 

Qurbanların sayı baxımından ABŞ-da 11 sentyabr 2001-ci il terror aktlarını nəzərə almasaq, “Boeing 777” qəzası Ukrayna tarixində və ümumilikdə 21-ci əsrdə ən böyük qəza olub.

 

Təyyarənin vurulması Qərb dövlətləri tərəfindən Rusiya Federasiyasına qarşı yeni beynəlxalq sanksiyalar dalğasına səbəb olub. Bir çox ekspertlər bunu Rusiyanın ABŞ, Aİ və müttəfiqləri ilə münasibətlərində “dönüş nöqtəsi” hesab edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...