Kadırovun yoxa çıxması ilə bağlı nə məlumdur?

Kadırovun yoxa çıxması ilə bağlı nə məlumdur?

Günlərdir Çeçenistanın rəhbəri Ramzan Kadırovun ölüm və komada olması ilə bağlı xəbərlər dolaşır. Kadırov ictimaiyyət arasından yoxa çıxıb, bundan sonra uğursuz əməliyyat, komada olması və hətta ölümlə bağlı şayiələr yayılmağa başlayıb. Bu arada, Çeçenistan liderinin özü son günlər ictimaiyyətə görünməsə də, sosial şəbəkələrdən istifafə etməkdə və özünün videolarını paylaşmaqda davam edir. 

 

Son günlər xəbər verdiyimiz kimi, internet Kadırovun ağır xəstəliyi və zəhərlənmə xəbərləri ilə doludur. Sfera.az bildirir ki, bəzi mənbələr Kadırovun Moskva tibb müəssisəsində olduğunu və ona böyrək köçürüldüyünü qeyd edir. 

 

Sentyabrın 17-də Kadırov özünün Telegram kanalında guya Qroznıdakı parkda qaçışdan video yerləşdirib və hamını idmanla məşğul olmağa çağırıb. Kamera qarşısında “Belə-belə işlər” deyib və çıxışı bununla bitib. Səs yazısının nə vaxt aparıldığı isə məlum deyil.

 

"İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və düşüncələrini nizamlamağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır"- Kadırov yazıb.

 

Britaniyanın “Sky News” nəşri yayılan videoda– hündür ağaclar cərgəsi, otla ayrılmış iki fərqli piyada yolu və videonun fonunda görünən bina sayəsində Kadırovun yerini müəyyən etməyə çalışıb.

 

Nəşr Kadırovun bu videosunu Qroznıdakı son hava proqnozu ilə müqayisə edib. Sentyabrın 17-də səhər tezdən və gün ərzində şəhərdə yağış yağıb, hava buludlu olub.

 

Hava məlumatları da göstərir ki, Qroznıda ötən həftənin yağışsız bir günü olmayıb.

 

Kadırovun videosunda isə hava yağışlı deyil. 

 

Çeçenistan rəhbərinə böyrək köçürülüb, lakin orqan kök atmayıb. Onun vəziyyəti hələ də ağırdır. Bu barədə isə “Oboztevatel” çeçen diasporundakı mənbələr məlumat verib.

 

Bildirilir ki, Kadırov Moskvadakı tibb müəssisələrindən birindədir və orada növbəti dəfə böyrək transplantasiyası əməliyyatı keçirməyi planlaşdırılır.

 

Nəşrin mənbələrinin bildirdiyinə görə, Çeçenistan rəhbəri vaxtaşırı özünə gəlir və sonra silahdaşları varisləri arasında hakimiyyəti bölüşdürmək üçün onun yanına gəlir.

 

Daha əvvəl bildirilmişdi ki, Kadırov çox güman ki, Moskvanın Mərkəzi Klinik Xəstəxanasındadır. İddiaya görə burada Çeçenistan Respublikasının dövlət nömrə nişanlı çoxlu sayda bahalı avtomobilləri müşahidə edilib.

 

Kadırov dünyasını dəyişib? 

 

Çeçenistan müxalifətinin lideri Abubakar Yanqulbayev bildirib ki, Kadırov ölüb. Bu barədə o, sentyabrın 17-də özünün Telegram kanalında yazıb.

 

“Kadırov vəfat edib”, mesajda deyilir.

 

Kadırov zəhərlənib? 

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Kadırovun öz adamları tərəfindən zəhərlənmə ehtimalını istisna etməyib. O, bu barədə sentyabrın 18-də telemarafonda bildirib.

 

"Ehtimal var ki, böyrək sistemində müəyyən fəsadlara gətirib çıxaran təkrar zəhərlənmələr olub. Anladığımız qədər mövcud video günümüzlə heç bir əlaqəsi olmayan tamamilə köhnə video ola bilər. Kadırovun ruslar tərəfindən ovlanması faktı Kremldə mövcud olan qruplaşmalar arasında məlum mübarizədir” - deyə Aleksey Danilov bildirib.

 

Eyni zamanda, Aleksey Danilov Ramzan Kadırovun səhhəti ilə bağlı tələsik nəticələr və proqnozlar verməyib; aydındır ki, bir insan aylarla komada ola bilər.

 

Rusiyalı jurnalist Aleksandr Nevzorov “Navalnının vəziyyətinə və Skripalların vəziyyətinə şübhəli şəkildə bənzəyən mənzərənin ortaya çıxdığını” qeyd edib.

 

Nevzorov: “Noviçok” sözü yenidən eşidilə bilər”-deyib

 

Bəs Ukrayna kəşfiyyat rəsmiləri deyir?

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Çeçenistan rəhbəri Ramzan Kadırovun vəziyyətinin ağır olduğunu bildirib. Bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov sentyabrın 15-də “Obozrevatel”ə şərhində bildirib.

 

“Bəli, həqiqətən də hərbi cinayətkar Kadırovun vəziyyətinin ağır olduğu və mövcud xəstəliklərin ağırlaşaraq belə ağır vəziyyətə düşməsi barədə məlumatlar var.

 

Yusov qeyd edib ki, Çeçenistan liderinin vəziyyətinin ağır olması barədə məlumat tibbi və siyasi dairələrdə də təsdiqlənib. Onun sözlərinə görə, Kadırovun səhhətində yaranan problemlərin səbəbi yara deyil.

 

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi deyib: "O, uzun müddətdir ki, xəstədir və biz səhhətindəki sistemli problemlərdən danışırıq. Amma son bir neçə gündə onun vəziyyəti lap ağırdır".

 

Xatırladaq ki, daha əvvəl media Ramzan Kadırovun ona bir neçə iynə vuran həkimin diri-diri basdırılmasını əmr etdiyini yazmışdı. Təsdiqlənməmiş məlumatlara görə, Çeçenistan liderinin bu həkimin müalicəsindən sonra vəziyyəti pisləşib.

 

Mayın 16-da Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Kadırovun səhhətində problemlər var və o narkomaniyadan əziyyət çəkib. Onun sözlərinə görə, Kadırov, əvvəlcə dopinq, sonra isə ağrıkəsici kimi qadağan olunmuş maddələrdən istifadə edib.

 

Xanım

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...