Dünya şöhrətli reperin İrəvan konserti təxirə salına bilər

Sentyabrın 23-də İrəvana gəlməyə hazırlaşan dünya şöhrətli reper Snup Doqun (Snoop Dogg) konsertinin keçirilib-keçirilməyəcəyi hələ də sual altındadır.
Sferaa.az xəbər verir ki, İrəvanda yaranan gərginlik fonunda erməni ictimaiyyəti reperin konsertinin ləğvini tələb edir.
Konsert üçün dövlət büdcəsindən 6 milyon dollar ayrılması barədə paylaşım edən Doq bir müddət əvvəl “Artsax” "xalqına" da səslənmişdi.
Konsertin ləğv ediləcəyi barədə xəbərlər Azərbaycan ictimaiyyətində geniş ritorikaya səbəb olub.
Sosial şəbəkələrdə yazılan şərhlərdə reperin “Dünya ermənilərinə öz sevgimi göndərirəm. Mən gəlirəm, sentyabrın 23-də görüşəcəyik” sözlərinə ermənilərin “oyun bitdi, Əliyev” cavabı gülüş hədəfinə çevrilib.
Reperin konsertini Ermənistanda təşkil edən "Doping Space" agentliyi qısa zamanda açıqlama verəcəyini bildirib.
Görünən budur ki, Doq öz sevimli “Artsax xalqı” ilə görüşə bilməyəcək.