Ermənistanda qadınlar ordu sıralarına qoşulacaq - Paşinyan AÇIQLADI

Ermənistanda qadınlar ordu sıralarına qoşulacaq - Paşinyan AÇIQLADI

Ermənistanda könüllü olaraq xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı Silahlı Qüvvələrin sıralarına qoşulacaqlar. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.


Bundan sonra Ermənistanın müdafiə naziri Surek Papikyan qış çağırışı zamanı 18-27 yaşlı qadın nümayəndələri çağırmağa hazır olduqlarını deyib.

 

Buna cavab olaraq Baş nazir diqqəti qış çağırışına yönəltməyi təklif edib. Onun sözlərinə görə, çağırışçıları qadın və kişiyə bölməyə ehtiyac yoxdur, onların hamısı əsgər sayılmalıdır.

 

O bildirib ki, Müdafiə Nazirliyi qadın batalyonu üçün daimi fəaliyyət göstərən məntəqənin tikintisini yekunlaşdırır.

 

N.Paşinyan qadınların patrul xidmətinə cəlb edilməsində problemlərin olduğunu xatırladıb. Ona görə də qərara alınıb ki, yaxın vaxtlarda vakant vəzifələr yalnız qadınlar tərəfindən tutulsun.

 

Xatırladaq ki, iyunun 26-da Ermənistan parlamenti növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

Qeyd edək ki, qadınlar üçün icbari xidmət müddəti altı ay olacaq, bundan sonra onlar 2,5 min ABŞ dolları məbləğində ödəniş alacaqlar. 

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...