Nyu-Yorkda kolleksiya şousu zamanı modellər palçıqda dava edib - VİDEO

Nyu-Yorkda kolleksiya şousu zamanı modellər palçıqda dava edib - VİDEO

Nyu-York Moda Həftəsi tədricən sona çatır və təkcə maraqlı kolleksiyalarla deyil, həm də eyni dərəcədə təsirli çıxışları ilə yadda qalıb. 

 

Sfera.az bildirir ki, bu çıxışlardan biri 2024-cü ilin yaz kolleksiyasını təqdim edən 28 yaşlı amerikalı dizayner Elena Velez tərəfindən səhnələşdirilib. 

 

Dizaynerin bu şou ilə nə demək istədiyi məlum deyil, lakin tamaşa təsirli olub.

 

Şou Bruklindəki ortası çirkli olan anbarda baş tutub. Əvvəlcə hazır geyim kolleksiyasından səssiz rənglərdə, cırıq elementləri olan geyimlərdə olan modellər bu palçıqdan keçsələr də, sonra hər şey davaya çevrilib, modellər bir-biri ilə döyüşdü, silah səslərini xatırladan səslər çıxardıb.

 

Nəticədə podium modellərlə birlikdə insanların, paltarların və kirlərin xaotik qarışıqlığına çevrilib. Cəsarətli çıxışın sonunda “sağ qalan” modellər “məğlub” qızlardan birini podiumdan dartıb aparıblar.

 

Elena Velezin şousu 2022-ci ilin payızında torpaq sahəsində baş tutan məşhur “Balenciaga” şousunu xatırladır. Bununla belə, deyəsən dizayner podiumda döyüş təşkil etməklə işi bir addım da irəli aparıb. Ta ki, kuturye tamaşanı şərh edənə və bu şou ilə nə demək istədiyini açıqlayana qədər.

 

Velez qeyri-ənənəvi metal emalı və yüksək moda sintezi ilə tanınır. “Vogue” tərəfindən "partlayıcı və aqressiv" kimi təsvir edilən Velezin işi Amerikanın “Rust Belt”in tarixi sənətkarlıq və istehsal irsindən ilham alır. Dizayner regional sənətkarlığı canlandırmaq üçün yerli metal işçiləri ilə əməkdaşlıq edir. Onun işinin mərkəzi mövzularına dekonstruksiya, qeyri-ənənəvi və mürəkkəb qadınlıq və təbiətə daxil olan alternativ istehsal üsulları daxildir. Veles öz görünüşünü "aqressiv zərif" kimi xarakterizə edir.

 

Velez, “VFILES Runway”də ilk dəfə viral uğur qazandıqdan sonra 2018-ci ildə “I-D Magazine” tərəfindən “Nyu York Moda Həftəsində diqqət çəkən beş əsas dizaynerindən biri" olaraq xarakterizə edilib. 2019-cu ildə Velezin işi “Vogue”un baş redaktoru Anna Vinturun kuratorluğu ilə Teen Vogue 2019 Generation Next dizayneri kimi təqdim edilib. “The Cut” jurnalının baş redaktoru Lindsay Peoples onu "modanın gələcəyini təmsil edən dizayner" adlandırıb.

 

Elena 2022 CFDA Vogue Moda Fondu Mükafatının qalibi, 2022 CFDA İlin İnkişaf etməkdə olan Dizayneridir. O, 2023-cü ilin martında Amerika Moda Dizaynerləri Şurasının üzvü seçilib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...