Evlərdən çıxmaq qadağan edildi - Sel zamanı fermadan 70-dən çox timsah qaçıb 

Evlərdən çıxmaq qadağan edildi - Sel zamanı fermadan 70-dən çox timsah qaçıb 

Çinin Maominq şəhərinin səlahiyyətliləri son günlər bölgədəki daşqınlar zamanı qaçan çoxlu sayda timsahın axtarışı üçün əməliyyata başlayıb. 

 

Sfera.az bildirir ki, ötən həftə tayfun Çinin cənubuna davamlı güclü yağış gətirərək, Honq-Konqda və digər ərazilərdə daşqınlara səbəb oldu. Yerli KİV-in məlumatına görə, Maominq şəhəri yaxınlığında (Quangdong əyaləti) daşqınlar zamanı fermadan 70-dən çox timsah qaçıb. 

 

Yerli hakimiyyət orqanları Penq Kun kəndinin sakinlərinə ərazidə timsahların görünməsi ilə bağlı xəbərdarlıq edib.

 

Yerli fövqəladə hallar idarəsinin rəsmisi bildirib ki, məmurlar sürünənləri nəzarət altına almaq üçün çalışırlar. O, neçə heyvanın hələ də azadlıqda olduğunu və ya ələ keçirilib-keçirilmədiyini açıqlamasa da, Çin dövlət mediası səkkiz heyvanın ələ keçirildiyini bildirib. Bəzilərinin güllələndiyi və ya elektrik cərəyanı vurduğu bildirilir.

 

Qayıqlarda olan xilasedicilər su basmış əkin sahələrini yoxlayır.

Yayımlanan görüntülərdə qırmızı geyimli xilasedicilərin qayıqlarda su basmış əkin sahələrini araşdırdıqları görünür. Digər görüntülərdə isə ağızları qırmızı lentlə bağlanmış bir neçə iki metrlik timsahın yolda uzandığı görünüb.

 

"Timsahlar hələ də sudadır və bir sıra dövlət idarələri onları ələ keçirmək üçün çalışır. Timsahların konkret sayı da daxil olmaqla, konkret vəziyyət hələ də müəyyən edilir"- Çin Dövlət Radiosunun (CNR) yerli kənd təsərrüfatı bürosuna istinadən verdiyi xəbərdə deyilir. 

 

Qeyd edək ki, Çində fermada timsahlar dərisi və bəzən ənənəvi tibbdə istifadə edilən əti üçün yetişdirilir. Yerli CNR kanalının məlumatına görə, təsirə məruz qalan ərazidə timsah əyləncə parkı və ölkənin ən böyük timsah yetişdirmə bazası yerləşir.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...