\"Həftənin 7 günü, 24 saat...\" - Putinin “Olivye” malikanəsi ilə bağlı gizli məlumat DEŞİFRƏ OLUNDU - FOTO

\

Rusiya Prezidenti Vladimir Putinin şəxsi malikanələrindən biri haqqında məlumatlar deşifrə olunub.

 

Sfera.az bildirir ki, bu barədə 2014-cü ildə Krımda Putinin şəxsi iqamətgahlarından birində işləyən Vitali Brijati danışıb.

 

Onun sözlərinə görə, Rusiya lideri hətta öz mühafizəçilərinə belə etibar etmirdi:

 

“Ona görə də Putinin harada qalacağı ilə bağlı daim yanlış məlumatlar verilirdi. İnsanlara deyirdilər ki, Putin şəxsi iqamətgahda dincəlir, hamı onu qorumaq üçün səfərbər edilirdi. Amma o, aidiyyəti olmayan yerdə ortaya çıxırdı”.

 

Vitali Putinin milyonlarla dollar dəyərində olan, Krımda yerləşən “Olivye” adlı malikanəsindən danışarkən bunları deyib:

 

“Bura sanki həmişə təzə yeməklər və çiçəklərlə dolu olan lüks "mini şəhər" idi. Fantastik yer olub, -  malikanədə fitnes mərkəzləri, fəvvarələr, parklar, çay evi və çimərlik yerləşirdi. “Olivye” az istifadə olunsa da, işçi heyəti həftənin 7 günü, günün 24 saatı işləyirdi, çünki Putinin nə vaxt gələcəyi məlum deyildi”.

 

Putin üçün təhlükəsizliyin hər şeydən vacib olduğunu bildirən Brijati Ukrayna müharibəsindən bəri obyektdə mühafizə itlərinin sayının üç dəfə artırıldığını iddia edib:

 

“Mülki şəxslərin malikanəyə girməsi qadağan edilmişdi. Kompleksə daxil olan hər kəs mobil telefonlarını təhlükəsizlik xidmətinə təhvil verməli idi”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...