“Priqojinlə fotomu görəndə şok oldum, sonra yadıma düşdü ki...” – Corc Buşu təəccübləndirən FOTO

“Priqojinlə fotomu görəndə şok oldum, sonra yadıma düşdü ki...” – Corc Buşu təəccübləndirən FOTO

ABŞ-nin sabiq prezidenti Corc Buşun “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə olan fotosu özünü də təəccübləndirib.

 

Sfera.az bildirir ki,  o, bu barədə Yalta Avropa Strategiyası konfransında çıxış edərkən danışıb.

 

“Priqojinin təyyarə qəzasında ölüm xəbəri sizi şoka saldımı?” sualını cavablandıran Buş bunları deyib: “Xeyr. Amma məni şoka salan bir foto oldu, onu mənə dünən göstərdilər. 17 il bundan əvvəl Sankt-Peterburqda keçirilən G8 sammitində çəkilmiş şəkil idi. Orada Priqojin mənə yemək verirdi. O, Putinin aşpazı imiş”, - deyə keçmiş prezident gülümsəyərək söyləyib.

 

 

Buş Priqojinlə şəxsən görüşməsi ilə bağlı hər hansı xatirəsinin olmadığını bildirib və  “bircə onu bilirəm ki, sağ qalmışam”, deyə əlavə edib.

 

Qeyd edək ki, sözügedən foto 14 iyul 2006-cı il tarixinə aiddir. Fotoda Buş və həyat yoldaşı Laura Putinlə nahar edərkən Priqojin onlara içki təqdim edir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...