Kim Çen İn Moskvada... – Putinlə hansı məsələləri danışacaq?

Kim Çen İn Moskvada... – Putinlə hansı məsələləri danışacaq?

Şimali Koreya lideri Kim Çen İn artıq Rusiyadadır. Onun Putinlə görüşü nəzərdə tutulur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da məlumatı təsdiqləyib.

 

“Mən təsdiq edirəm. Bu, həqiqətən də belədir”, - o, qeyd edib.

 

Putin-Kim görüşünün nəticələri nələr ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Şimali Koreya liderinin Rusiya səfəri əvvəldən planlaşdırılmışdı:

 

“Tərəflər arasında iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlıq var. Son dövrlər Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın silah ehtiyacı yarananda bəzi artilleriya qurğularını, raket sistemlərini Şimali Koreyadan alır. Artıq bu, yayılan bəzi məlumatlarda da öz əksini tapıb. Bunun nə dərəcədə doğru olması ilə bağlı isə dəqiq informasiyalar yoxdur. Hər halda hər iki ölkə arasında az da olsa silah mübadiləsi mövcuddur. Yəqin ki, bu proses davam edəcək”.

 

Müsahibimiz xatırladıb ki, Şimali Koreya uzun illərdir, sanksiyalarla yaşayan dövlətdir:

 

“Onların əsas ticarət ortaqları Çin, Rusiya, Hindistan kimi ölkələrdir. Görünür, Rusiya ilə əlaqələrin daha da dərinləşdirilməsi planlaşdırılır. Rusiya artıq Qərblə mümkün ticarət münasibətlərini Şimali Koreya, Çin və digər ölkələrlə əvəz etməyə çalışacaq. Güclü ticarət dövriyyəsinin olacağı, nəticələrin inkişaf edəcəyi isə inandırıcı görünmür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Gələn il üçün maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % ço...

XİN 2024-cü ilin yekunlarına dair HESABAT YAYDI

Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabat yayıb.   Sfera.az xəbər verir ki, hesabata görə, 2024-cü il ərzində beynəlx...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq v...

Sabah parklanma xidməti ÖDƏNİŞSİZ OLACAQ

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Na...

Azərbaycanda ən aşağı maaş bu sahələrdədir - MƏBLƏĞ

Azərbaycanda orta əməkhaqqı 993 manat olsa da, bəzi sahələrdə orta maaş bundan xeyli aşağıdır.   Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbə...

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddəti dəyişəcək - XİN

Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində ...