“Paşinyan mənə məktub göndərib” - Putin

“Paşinyan mənə məktub göndərib” - Putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın ona mövcud vəziyyətlə bağlı ətraflı məktub göndərdiyini bildirib.

 

Sfera.az bildirir ki, o, bu barədə Şərq İqtisadi Forumunun (EEF) plenar iclasındakı çıxışı zamanı danışıb. 

 

“Bizim Ermənistanla, o cümlədən Paşinyanla heç bir problemimiz yoxdur. Onunla daim əlaqə saxlayırıq”, - deyə Putin əlavə edib.

 

Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar Putinə zəng etməməsinin səbəbini açıqlayıb. O qeyd edib ki, dekabr ayından bu günə qədər Rusiya lideri ilə çox danışsa da,  vəziyyət dəyişməyib. 

 

“Rusiya prezidenti ilə yeni söhbətə ehtiyac var”, deyə o qeyd edib.

 

Xatırladaq ki, şənbə günü Ermənistanın baş naziri Qərb ölkələri, İran və Gürcüstan liderlərinə zəng edib, bir gün əvvəl isə Türkiyə prezidenti ilə danışıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR