Elon Mask on birinci dəfə ata oldu - uşağın adı güldürür - FOTO

Elon Mask on birinci dəfə ata oldu - uşağın adı güldürür - FOTO

52 yaşlı amerikalı milyarder Elon Mask və onun keçmiş sevgilisi, 35 yaşlı kanadalı müğənni Qrayms (Claire Baucher) əvvəllər aralarında anlaşılmazlıq olduğu bildirilsə də, üçüncü dəfə valideyn olublar. Bu barədə Tesla baş direktorunun yeni tərcümeyi-halında yazılıb.

 

Sfera.az bildirir ki, jurnalist Valter İsaakson tərəfindən yazılan və sentyabrın 12-də dərc edilməli olan Maskın tərcümeyi-halı ilə bağlı rəyə əsasən, sahibkar və müğənni birlikdə üçüncü övladlarının valideynləri olublar. Keçmiş cütlüyün "Tau" adlandırılan Techno Mechanicus adlı bir oğlu olub. Oğlan Maskın on birinci övladıdır.

 

Uşağın doğum yeri ilə bağlı heç bir təfərrüat yoxdur. Keçmiş cütlüyün 2021-ci ilin dekabrında adı Y olan qızı kimi, bu övladı da surroqat ananın dünyaya gətirib-getmədiyi məlum deyil.

 

4 may 2020-ci ildə Mask və Qrayms, adı sonradan X Æ A-Xii və ya sadəcə X olaraq dəyişdirilən X Æ A-12 adlı oğlunu qucaqlarına alıb.

 

İndi iş adamı və müğənninin birlikdə üç övladı var.

 

Onlardan əlavə Mask həm də keçmiş həyat yoldaşı, kanadalı yazıçı Justine Wilson ilə bölüşdüyü altı uşaq atasıdır. Lakin milyarderin ilk oğlu Nevada uşaqlıqda dünyasını dəyişib.

 

Viviandan olan əkizləri Cenna Uilson və Qriffin sonradan dünyaya gəlib. Birincisi adını və cinsini dəyişdirmək üçün müraciət edib və atası ilə daha görüşmək istəmədiyini bildirib.

 

Daha sonra Wilson 2006-cı ildə Kay, Sakson və Damian adlı üçəmlər dünyaya gətirib.

 

2021-ci ildə isə onun şirkətinin əməkdaşı Siobhan Zilis Maskın oğlu Strider və qızı Eyzura olan əkiz uşaqlarını dünyaya gətirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR